Göbeklitepe Yuneskonun Dünya Mirası Siyahısına daxil edildi

Beləliklə, Türkiyənin sözügedən siyahıya qeyd olunan yerlərinin sayı 18-ə yüksəlib.

1004341
Göbeklitepe Yuneskonun Dünya Mirası Siyahısına daxil edildi
gobeklitepe1.jpg

  Türkiyənin Şanlıurfa rayonunun Göbeklitepe arxeoloji sahəsi Birləşmiş Millətlər Təşkilatı Elm, Təhsil və Mədəniyyət Təşkilatı olan Yuneskonun (UNESCO) Dünya Mirası Siyahısına girdi. Beləliklə, Türkiyənin sözügedən siyahıya qeyd olunan yerlərinin sayı 18-ə yüksəlib.

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı məlumata görə, ölkənin Göbeklitepe arxeoloji sahəsi ilə bağlı Yuneskonun Dünya Mirası Siyahısına namizədlik müraciəti Bəhreynin paytaxtı Manamadakı Dünya İrsi Komitəsinin 42-ci sessiyasında qəbul edilib və sözügedən siyahıya daxil edilib.

  Şanlıurfada yerləşən və 2011-ci ildən bu yana Türkiyənin Yuneskodakı Müvəqqəti İrs Siyahısında yer alan Göbeklitepe arxeoloji sahəsi Yuxarı Mesopotamiya bölgəsində dünyanın məlum ən qədim meqalitik quruluş qrupundan olan və eramızdan 11 min il əvvələ qədər uzanan dövrünə aiddir.

  Bir çox beynəlxalq qurum və təşkilat tərəfindən "Dünyanın ən qədim məbəd mərkəzi" kimi qəbul edilən Göbeklitepenin Yuneskonun Dünya Mirası Siyahısına salınması Şanlıurfadakı qeyri-hökumət təşkilatları, yerli və xarici turistlər tərəfindən sevinclə qarşılanıb.

  Qeyd edək ki, Şanlıurfanın mərkəzi Haliliye rayonuna 18 kilometr məsafəsində olan Örencik məhəlləsi yaxınlığında yerləşən və ilk dəfə 1963-cü ildə İstanbul və Çikaqo universitetləri tədqiqatçıları tərəfindən müəyyən edilən məbəddə arxeoloji qazıntılar 50 ildən çoxdur davam edir. Berlindəki Almaniya Arxeologiya İnstitutu və Şanlıurfa Muzeyinin 1995-di ildən birgə əməkdaşlığı ilə aparılan işlərdə Neolit dövrünə aid, boyları 3-6 metr, çəkiləri 40-60 ton olan, vəhşi heyvan fiqurlu və "T" hərfi şəklində daşlar tapılıb. Qazıntılarda, eyni zamanda, 8-30 metr diametrində dairəvi və düzbucaq formasında dünyanın ən qədim məbəd qalıqları və təxminən 12 min il əvvələ aid olduğu bildirilən 65 santimetr uzunluğunda insan heykəli kimi müxtəlif tarixi əsərlər də gün üzünə çıxarılıb.



Әlaqәli Xәbәrlәr