Dilan Makdermot və Marqaret Deniz Quiqley Bodrumda oldular
Amerikalı aktyorlar Dilan Makdermot (Dylan Mcdermott) və nişanlısı Marqaret Deniz Quiqley ( Margaret Denise Quigley) Türkiyənin Muğla rayonunun Bodrum şəhərinə gəlib.
Amerikalı aktyorlar Dilan Makdermot (Dylan Mcdermott) və nişanlısı Marqaret Deniz Quiqley ( Margaret Denise Quigley) Türkiyənin Muğla rayonunun Bodrum şəhərinə gəlib.
Dostlarıyla istirahət üçün Türkiyəyə üstünlük verən məşhur cütlük Pınarlıbelen məhəlləsinin Etrim tərəfində olub.
Mədəni dəyərləri ilə tanınan ərazini gəzən tanınmış aktyorlar burada yer süfrəsində yemək yeyib.
Sadə davranışları ilə diqqəti çəkən cütlük daha sonra "Karaova" adı ilə tanınan xalçaların istehsalı ilə yaxından maraqlanmış və eyni zamanda, bu xalçadan almışlar.
Dilan Makdermot və nişanlısı Marqaret Deniz Quiqley axşam saatlarına qədər (30 iyun) Etrimdə vaxt keçiriblər.
Әlaqәli Xәbәrlәr
Safranbolu "Sakit şəhər" oldu
Türkiyenin Karabük rayonunun Safranbolu qəsəbəsi "Sakit şəhər' (Cittaslow) ünvanını aldı