Mikayıl Müşfiqin xatirəsi ata ocağında yad olunacaq

İyunun 5-də Xızı rayonunun Sayadlı kəndində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin 110 illiyinə həsr olunan “Mən şirin ləhcəli bir bülbüləm” adlı tədbir keçirəcək.

985817
Mikayıl Müşfiqin xatirəsi ata ocağında yad olunacaq

İyunun 5-də Xızı rayonunun Sayadlı kəndində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin 110 illiyinə həsr olunan “Mən şirin ləhcəli bir bülbüləm” adlı tədbir keçirəcək. Unudulmaz şairin ata ocağında təşkil olunacaq tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Abşeron rayon Mehdiabad qəsəbəsi 4 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə reallaşacaq.

Məlumata görə,  tədbirin keçirilməsində məqsəd uşaqlarda mütaliə marağını artırmaq, onlarda ədəbi zövqü inkişaf etdirmək, habelə Azərbaycan ədəbiyyatının əqidəsindən dönməyən görkəmli nümayəndələrini onlara tanıtmaqdır.

 

 

Mənbə: Azərtac

 



Әlaqәli Xәbәrlәr