Peruda Klounlar Günü
Hose Alvarez Velezin ölümündən bu yana onun şərəfinə Limada Kloun Günü qeyd olunmağa başlanıb.
979649

Yüzlərlə kloun Perunun ənənəvi Kloun Günü üçün paytaxt Limanın küçələrini doldurdu.
Adamlar şən şüarlar və rəqslərlə klounlara qarışdı. Klounlar da insanları əyləndirdi.
Qeyd edək ki, Kloun Günü 1987-ci ildə dünyasınıə dəyişən Perunun məşhur klounu Hose Alvarez Velezi (Jose Alvarez Velez) anmaq məqsədilə elan edilib. Velez "Yoxsul kloun" ləqəbilə tanınırdı. O, ölkənin geridə qalmış bölgələrini yaxşılaşdırmağa yardım etmək üçün pul toplayırdı. Buna görə, kloun Hose Alvarez Velez Perunun ən sevilən insanlarından biri olmuşdu. Ölümündən bu yana onun şərəfinə Limada Kloun Günü qeyd olunmağa başlanıb.