İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş sərgi keçirilir

Türkiyənin İstanbul şəhərində, Dəniz Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə sərgi keçirilir.

978529
İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş sərgi keçirilir

Məlumata görə, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Әliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib.

Sərgidə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, İstanbul valiliyinin nümayəndələri, Beşiktaş bələdiyyəsin sədri, dövlət rəsmiləri, İstanbulda yaşayan, işləyən və təhsil alan azərbaycanlılar, QHT və KİV təmsilçiləri iştirak ediblər. 

Tədbirdə türkiyəli və azərbaycanlı rəssamların əsərləri nümayiş olunub. 61 rəssamın qatıldığı sərgidə ümummilli lider Heydər Əliyev, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, eləcə də Qafqaz İslam Ordusunun komandanları və onların rəşadətini əks etdirən portretlər nümayiş olunub. 

Rəsmi qonaqlara Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “İyirmi lirə” xatirə gümüş pul sikkəsi hədiyyə olunub.

Sərgi mayın 27-dək davam edəcək.

 

Mənbə: Report.az

 



Әlaqәli Xәbәrlәr