Bakıda “Qədim el sənətləri” festivalı təşkil ediləcək

Mayın 25-26-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qədim el sənətləri” adlı festival keçiriləcək.

976381
Bakıda “Qədim el sənətləri” festivalı təşkil ediləcək

Festival Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallaşacaq.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi çərçivəsində gerçəkləşəcək festivalda müxtəlif musiqi kollektivləri iştirak edəcək, kitab sərgiləri açılacaq, habelə tamaşalar göstəriləcək, milli geyimlər, interaktiv oyunlar, xalça toxuma və bu kimi nümunələr təqdim olunacaq.

Mənbə:Azərtac



Әlaqәli Xәbәrlәr