Beynəlxalq Qan Film Festivalı sona çatdı

Adanada qan xəstəliklərinə və qan vermənin əhəmiyyətinə diqqət çəkmək məqsədilə bu il 3-cü dəfə təşkil olunan Beynəlxalq Qan Film Festivalı sona çatdı.

968109
Beynəlxalq Qan Film Festivalı sona çatdı

Adanada qan xəstəliklərinə və qan vermənin əhəmiyyətinə diqqət çəkmək məqsədilə bu il 3-cü dəfə təşkil olunan Beynəlxalq Qan Film Festivalı sona çatdı.

Qan Xəstəlikləri Federasiyasının başçılığı ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Adana Böyükşəhər Bələdiyyəsi, Seyhan Bələdiyyəsi, Adana Şəhər Şurası və Türk Qızılayının dəstəyi ilə keçirilən festivalın mükafatvermə mərasimi bir oteldə təşkil olundu.

Festivalda Barış Fərdin çəkdiyi "Vultur" filmi birinci, Veysel Aslanın çəkdiyi "Dazlak" filmi ikinci, Busə Şahintaşın rejissoru olduğu "Ümidim olarsanmı?" filmi üçüncü mükafata layiq görüldü.

Qalib olan filmlərin rejissorlarına pul mükafatı verildi.

 

 

 

 



Әlaqәli Xәbәrlәr