40-cı Beynəlxalq Uşaq Şənliyində 40 ölkədən 800 uşaq iştirak edir

Türkiyə Radio və Televiziya Qurumu – TRT Atatürkün dünya uşaqlarına hədiyyə etdiyi 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə hərilki şənlik ənənəsini davam etdirir.

956574
40-cı Beynəlxalq Uşaq Şənliyində 40 ölkədən 800 uşaq iştirak edir

  40-cı TRT Beynəlxalq Uşaq Şənliyinə 40 ölkədən 800 uşaq gəlib. 

  TRT-nin baş direktoru İbrahim Eren uşaqlarla birlikdə paytaxt Ankarada Atatürk Mavzoleyini – Anıtkabiri ziyarət edib.

  Mavzoleyin Xatirə Dəftərində İ.Eren bu sözləri yazıb: "Respublikamızın qurucusu olan Qazi Mustafa Kamal Atatürkü anır, 23 Aprel Milli Suverenlik və Uşaq Bayramını ruh yüksəkliyilə millətimizlə bir daha yaşayırıq. Bu gün 40-cı TRT Beynəlxalq Uşaq Şənlikləri üçün 40 fərqli ölkədən Türkiyəyə gələn qonaqlarımızla bir yerdəyik. Gələcəyimizin təminatı olan uşaqlarımızın qəlblərinin Vətən və Millət sevgisi ilə dolu, vəzifə və məsuliyyətlərinə ürəkdən bağlı yetişmələri vacib vəzifələrimiz arasındadır. TRT olaraq dünya uşaqları ilə birlikdə bu gözəl bayramı eyni coşğu ilə yaşatmağa davam edirik. Ruhun şad olsun”.

  Qeyd edək ki, müxtəlif ölkələrdən gələn uşaqlar Türkiyə Dövlət Aparatı Kompleksində keçiriləcək qala tədbirində iştirak edəcək, dünyaya sülh, azadlıq, qardaşlıq və dostluq mesajı göndərəcəklər.

  Mərasimin aparıcısı “Ayla” filmindən tanınan koreyalı uşaq Kim Seuldur (Kim Sol).



Әlaqәli Xәbәrlәr