TRT daha iki əhəmiyyətli mükafata layiq görülüb

İqtisadiyyat Mətbuatı Müvəffəqiyyət mükafatları, İstanbulda sahiblərinə təqdim edilib.

953803
TRT daha iki əhəmiyyətli mükafata layiq görülüb

"İlin İqtisadiyyat Proqramı" və "Müstəqil İş adamları Dərnəyinin icra heyətinin Xüsusi Mükafatı"na, Türkiyə Radio Televiziya Şirkəti (TRT) layiq görülüb.

Müstəqil İş adamları Dərnəyinin 18-ci İqtisadiyyat Mətbuatı Müvəffəqiyyət Mükafatı tədbirində 11 nominasiyada mükafat təqdim edilib.

‘TRT Haber’ və ‘TRT World’ 2 mükafat ilə gecənin ulduzu olub.

TRT Haber telekanalında yayımlanan "İqtisadiyyat 7/24", proqramı" ilin iqtisadiyyat proqramı mükafatına layiq görülərkən, “Müstəqil İş adamları Dərnəyi İcra heyəti Xüsusi Mükafatı” isə, TRT Worldun xəbər direktoru Fatih Erə təqdim edilib.



Әlaqәli Xәbәrlәr