“Travel Expo Ankara 2018 Turizm Sərgisi”ni 51 min adam gəzdi

Ankara Ticarət Palatası Congresium Konqres və Sərgi yerində 22-25 martda təşkil edilən "Travel Expo Ankara 2018 Turizm Sərgisi və Kulinariya Zirvəsi" rəğbətlə qarşılandı.

937918

Sərgi çərçivəsində 21 ölkədən 250 turizm firması ilə Türkiyədən 45 vilayət, ziyarətçilərə tətil planları üçün bir-birindən maraqlı seçimlər təqdim etdi.

Fərqli mədəniyyətlərin rəngli fəaliyyətlərinin də nümayiş etdirildiyi sərgidə müxtəlif bölgələrin xörəkləri və şirniyyatları təqdim edildi.

7 bölgənin mədəni və tarixi dəyərlərinin simvolu olan və "Addım-Addım Türkiyə" adlanan şəkər xəmiri kollajları gəzənlərin rəğbətini qazandı.

 Kahramanmaraşın dondurması, Şırnakın yerli paltarları sərgini gəzənlərin diqqət mərkəzində oldu. Dünyanın ilk məbədi Göbəklitəpə maketinin olduğu Şanlıurfa stendinə gələn ziyarətçilər “çiy küftə” ala bilmək üçün uzun müddət növbə gözləməli oldu.

Әlaqәli Xәbәrlәr