Sivasda Aşıq Veysəl Mədəniyyət Evi açıldı

Aşıq Veysəlin nəvəsi Sebahattin Şatıroğlu da babasının adına açılan mədəniyyət və sənət evi üçün: "Bura gələcək nəsillərə ötürüləcək bir mədəniyyət mirası oldu", - dedi.

934072
Sivasda Aşıq Veysəl Mədəniyyət Evi açıldı

  Türkiyənin Sivas şəhərində məşhur xalq ozanı Aşıq Veysəl Şatıroğlunun şərəfinə Aşıq Veysəl Mədəniyyət Evi açılıb.

  Rayon Mədəniyyət və Turizm rəhbərliyi və Orta Anadolu İnkişaf Agentliyilə birgə təşkil edilən və 355 min liraya başa gələn sənət evinin açılışı aşığın xatirə gününün 45-ci ildönümündə mərasimlə edilib.

  Şəhər valisi Davut Gül çıxışında Sivası gözəlləşdirən dəyərlərin başında aşıqların gəldiyini vurğulayıb və Aşıq Veysəl Mədəniyyət Evinin açılmasında əməyi olan hər kəsə təşəkkür edirəm. Burada aşıq sənəti, ozanlıq ənənəsinin xatirələrini yaşayacaq. Təşkil edilən müxtəlif kurslarda mədəniyyətimizin gözəl ənənələri davam edəcək və bu məkan sənəsevərlərin bir görüş yeri nöqtəsi olacaq."

  Aşıq Veysəlin nəvəsi Sebahattin Şatıroğlu da babasının adına açılan mədəniyyət və sənət evi üçün: "Bura gələcək nəsillərə ötürüləcək bir mədəniyyət mirası oldu", - deyib.



Әlaqәli Xәbәrlәr