"TRT World" tamaşaçılarının sayı artacaq

Türkiyənin ingilis dilində yayımlanan ilk beynəlxalq xəbər platformu "TRT World" İngiltərənin ödənişsiz  xidmət göstərən TV platformu "Freesat" vasitəsilə tamaşaçılarının sayını 2 min də artıracaq.

921321
"TRT World" tamaşaçılarının sayı artacaq

Türkiyənin ingilis dilində yayımlanan ilk beynəlxalq xəbər platformu "TRT World" İngiltərənin ödənişsiz  xidmət göstərən TV platformu "Freesat" vasitəsilə tamaşaçılarının sayını 2 min də artıracaq.
 
 "TRT World"dən verilən məlumatda İngiltərənin ən böyük TV platformlarından biri olan  "Freesat"ın  200-dən çox kanalının təxminən iki milyon tamaşaçı kütləsi olduğu vurğulanır, əldə olunan razılaşma əsasında "TRT World"ün  informasiya və sənədli filmlərlə zəngin yayımlarının "Freesat"ın əyləncə, uşaq, kino filmləri, idman, sənədli filmlər və xəbər kanalları ilə birgə Birləşmiş Krallıq və İrlandiyadakı tamaşaçılara təqdim olunacağı bildirilir.
 
Məlumatda 2015-ci ildə qurulan "TRT World"ün obyektiv və cəsarətli xəbərçilik prinsipləri və zəngin məzmunu ilə dünya xəbər yayımçılığına yeni bir dünyagörüşü gətirdiyi, "dünya tamaşaçısının kanalı" olma yolunda əmin addımlarla irəlilədiyi qeyd edilir, insan üzərində mərkəzləşmiş xəbərləri ilə hazırkı dövrün əhəmiyyətli bölgələri və ən fəal mərkəzlərini də əhatə edən dünya miqyaslı müxbir şəbəkəsi sayəsində cərəyan edən hadisələrlə bağlı informasiyanı tamaşaçıya mənbəyindən çatdırdığı qeyd olunur.
 
 "TRT World"ün baş direktoru Murat Akgüç  dünya tamaşaçı kütləsinə çatmaq hədəfləri ilə bağlı əldə etdiklər razılaşmaların böyük əhəmiyyət kəsb etdiyini dilə gətirdi, dünyanın ən sürətli böyüyən beynəlxalq xəbər kanalı olma xüsusiyyətinə malik "TRT World"ün beynəlxalq xəbər yayımçılığına qazandırdığı yeni dünyagörüşü əsasında HD yayımlı televiziya platformları, hava yolların, otellər və 12 peyk vasitəsilə 190 ölkəyə yayımlandığını söylədi.



Әlaqәli Xәbәrlәr