Tanınmış rəssam Soltan Soltanlının rəsim sərgisi açıldı

Azərbaycanda Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə  tanınmış rəssam, Rəssamlar İttifaqının üzvü Soltan Soltanlının rəsim sərgisinin açılışı olub.

Tanınmış rəssam Soltan Soltanlının rəsim sərgisi açıldı

Bakı Yunus Əmrə İnstitutunun direktoru Dos. Dr. Cihan Özdəmir   sərginin  açılış  mərasimində  etdiyi  çıxışında qeyd edib ki, sərgidə nümayiş olunan əsərlərin əksəriyyəti,   keçən  il çəkilib və həmin əsərlər dərin məzmun kəsb edir: “Rəssam ən dərin fəlsəfi əsəri elə sadə çəkməlidir ki, tamaşaçı onu dərk etməkdə çətinlik çəkməsin. Bu mənada Soltan öz işinin öhdəsindən bacarıqla gəlir və mövzunu tamaşaçı üçün bütünlüklə açmağa çalışır. Soltan Soltanlı həm də qrafik və karikaturaçı rəssam kimi tanınır. O, bir sıra beynəlxalq müsabiqələrin qalibi və mükafatçısı, sərgi və festivalların iştirakçısıdır, əsərləri beynəlxalq kataloqlarda yer alıb. Rəssamın əsərləri müxtəlif ölkələrdəki muzey və özəl kolleksiyalarda da saxlanılır”.

50-yə yaxın əsərin nümayiş olunduğu sərgi 23 fevral tarixinə qədər davam  edəcək.  

 



Әlaqәli Xәbәrlәr