"Avstraliyalılar da Türkiyəyə gəlməyə can atdılar", İ.Kantemir

Avstraliyanın Sidney və Melburn şəhərlərindəki Dünya Səyahət Sərgisində (World Travel Expo) açılan Türkiyə köşəsi (stendi) avstraliyalıların marağına səbəb olub.

912804
"Avstraliyalılar da Türkiyəyə gəlməyə can atdılar", İ.Kantemir

    “Sydney Olimpik” parkında Melburn Sərgi və Konqres Mərkəzində 17-18 fevral tarixlərində keçirilən “World Travel Expo”da Türkiyə Mədəniyyət və Turizm Nazirliyi "2018 Troya ili" mövzusuyla açdığı stendlə təmsil olunub.

  Gələnlərə Türkiyənin tarixi və görməli yerlərinə aid həm vizual, həm də şifahi məlumat verilərək bukletlər təqdim edilib.  

  Sərgi münasibətilə Avstraliya və Yeni Zelandiyaya səfər edən Çanaqqala valisi Orxan Tavlının rəhbərliyilə gedən heyətdə olan Çanakkale Müharibələri Gelibolu Tarixi bölümünün başçısı İsmayıl Kaşdemir sərgidə Türkiyəyə böyük maraq göstərildiyini bu sözlərlə ifadə etdi: “Ölkə rəsmiləri ilə ikitərəfli görüşlərimiz də oldu, çox mənalı və səmərəli keçdi. Kiminlə görüşürdüksə, Türkiyəni mütləq görmək, xüsusilə də Çanaqqala və Geliboluya gəlmək istədiklərini bildirirdilər. Biz də onları qəbul etməkdən böyük məmnunluq duyacağımızı söyləyirdik… Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən 2018-ci il "Troya ili" elan olunub. Biz həm də hamını Troya antik şəhərini, o beş min illik tarixi görməyə dəvət edirik".



Әlaqәli Xәbәrlәr