Yeni Hasankeyfdə yeni həyat

Türkiyənin Batman şəhərinin Hasankeyf qəsəbəsində tarixi əsərlərin daşınması ilə əlaqəli fəaliyyətlər davam edir.

910873
Yeni Hasankeyfdə yeni həyat
hasankeyf zeynel bey türbesi
Hasankeyf
Hasankeyf.jpg
10942881-hasankeyf-village.jpg

Batman şəhərinin Hasankeyf qəsəbəsində tarixi əsərlərin daşınması ilə əlaqəli fəaliyyətlər davam edir. Qəsəbədəki 7 tarixi əsər yeni yaşayış məntəqəsinə aparılacaq.

Hasankeyf qəsəbəsi İlısu su anbarına görə su altında qalacağı üçün qəsəbədəki tarixi əsərlərin ordan çıxarılması ilə bağlı fəaliyyətlər davam etdirilir.

Bu çərçivədə yaxın zamanda daşınması planlaşdırılan Artuklu hamamı üçün yol fəaliyyətləri aparılır.

Tarixi qalanın qorunması üçün isə Dəclə çayı qırağından qala pəncərəsi istiqamətində yol çəkilir.

Qəsəbədə daşınmasına qərar verilən 7 tarixi əsərlə əlaqəli fəaliyyətlərin il ərzində başa çatdırılması planlaşdırılır.

Qəsəbədəki fəaliyyətləri yaxından təqib edən aktivist Ömər Güzəl fəaliyyətlərin sürətli şəkildə davam etdiyini söylədi.

Ömər Güzəl bildirdik ki, qala su anbarından təsirlənməyəcək. Çünki divarlarda müəyyən işlər görülür, bir qədər yüksəldiləcək. Hasankeyfdəki fəaliyyətlərin 2018-ci ilin axırınadək tamamlanması planlaşdırılır. Artuklu haması 1-2 ay ərzində eynilə Zeynəl bəy türbəsi kimi buradan çıxarılacaq və daşınacaq. Digər əsərlərin daşınması üçün də Dəclə çayının digər tərəfində yeni körpü salınır. Körpü xeyli sağlam olacaq, onun üzərindən Əl Rızık, Sultan Süleyman məscidlərinin minarəsi və Mövlanə məscidi daşınacaq. Bu arada yeni yaşayış məntəqəsində 700 mənzil tikildi. Burdakı fəaliyyətlərin yekunlaşmasından sonra isə vətəndaşlar köçürüləcək. Sonra yeni bir Hasankeyfdə yeni bir həyat start alacaq.



Әlaqәli Xәbәrlәr