Belçikada Türk kəndi

Belçikada bir neçə əsrdən bəri özlərini "Türk" adlandıran Faymonville kəndinin əhalisi tərəfindən  keçirilən ənənəvi karnaval rəngli nümayişlərə səhnə olub.

910500
Belçikada Türk kəndi
belcika turk festivali.jpg

Türk kəndi olaraq bilinən Faymonville, karnaval tədbirləri çərçivəsində ağ və qırmızı rənglərə bürünüb. Özlərinə "Türk" deyilməsinin, kilsəyə vergi ödəməkdən imtina etmələri ilə əlaqədar olduğunu ifadə edən kəndlilər, karnavala, Belçika və qonşu ölkələrdən çox sayda adamın qatıldığını qeyd ediblər.

Qeyd edək ki, Kəndin futbol komandası RFC Turkania (Gənc Türk Birliyi), həvəskar liqada ayl- ulduzlu forma ilə mübürizə aparır. Kənddəki otelə isə Le Vieux Sultan (qədim Sultan) adı verilib.

Belçikanın Almaniya sərhədinə yaxın məsafədəki Arden silsilə Dağları bölgəsində  yerləşən və   təxminən min nəfərin yaşadığı Faymonville kəndinin mərkəzindəki kitabxananın girişində mərmərin üzərinə həkk edilmiş ay-ulduz ilə binanın içindəki şüşələrə işlənmiş Türk bayrağı motivləri diqqət çəkir.

Türklərin yaşamadığı Faymonville kəndinə "Türk kəndi" deyilməsinə dair 8-ci əsrə belə uzanan rəvayətlər var.



Әlaqәli Xәbәrlәr