Türkiyədə ilk dəfə Yaponiya Festivalı oldu

2018 Yaponiya Festivalı açılışı münasibətilə Türkiyəyə gələn Yaponiya Dövlət naziri Masaji Matsuyama ilə bir araya gələn N.Kurtulmuş görüşdən sonra verdiyi açıqlamada bildirib...

907951
Türkiyədə ilk dəfə Yaponiya Festivalı oldu

  Türkiyənin Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş, Yaponiya başda olmaqla, Çin, Hindistan, Cənubi Koreya, Malaziya, İndoneziya kimi Asiya ölkələrinə açılma siyasəti çərçivəsində Yaponiyadan da çox sayda turistin Türkiyəyə gəlməsinə əhəmiyyət verdiklərini söyləyib.

  2018 Yaponiya Festivalı açılışı münasibətilə Türkiyəyə gələn Yaponiya Dövlət naziri Masaji Matsuyama ilə bir araya gələn N.Kurtulmuş görüşdən sonra verdiyi açıqlamada bildirib: “Türkiyə və xalqının gözündə Yaponiya, yaponların da nəzərində Türkiyənin ayrı bir yeri var. Tarix boyu iki ölkəni bir-birinə yaxınlaşdıran bir çox hadisə baş verib. Bunlardan biri “Ərtoğrul” gəmisi batarkən yapon xalqının Türkiyə dənizçilərini xilas etmək üçün səfərbər olması və bu ağrını öz milli dərdləri kimi qəbul etmələridir… Yaponiyada Türkiyə, Osmanlı və İslam, Türkiyədə də Yaponiyanın tanıdılması üçün göstərilən səylər hər iki ölkəni yaxınlaşdırmağa xidmət edir.”

 Yaponiyanın Dövlət naziri M.Matsuyama isə öz növbəsində Türkiyənin turizm sahəsində dünya şöhrəti qazandığını vurğulayıb, bu ölkədə ilk dəfə  keçirilən Yaponiya Festivalında yerli xalqlara yapon teatrı, cizgi romanı, filmi, mətbəxi və ümumiyyətlə, Yapon mədəniyyətini tanıtmaq istədiklərini bildirib.



Әlaqәli Xәbәrlәr