Barış Mançonun muzeyinə böyük maraq

Türkiyənin məşhur müğənnisi Barış Mançonun şəxsi əşyalarının nümayiş olunduğu Barış Manço muzeyinə sənətkarın ölünmünün 19-cu ildönümündə heyranları axın etdilər.

901545
Barış Mançonun muzeyinə böyük maraq

Türkiyənin məşhur müğənnisi Barış Mançonun şəxsi əşyalarının nümayiş olunduğu Barış Manço muzeyinə sənətkarın ölünmünün 19-cu ildönümündə heyranları axın etdilər.
Lalə Manço görkəmli sənətkarın ailəsi ilə birgə yaşadığı ev olan, İstanbulda Kadıköy Moda səmtində yerləşən muzeyin 2010-ci ildə yaradıldığını bildirərək: "Buranı bizim yaşadığımız şəkildə qoyduq və çıxdıq" dedi.
 
 Lalə Manço muzeyin Kadıköydə ən çox gəzilən məkanlardan biri olduğunu qeyd edərək:" Yanvar ayından etibarən muzeyimizə 6 min nəfər gəlib. Bu göstəricinin muzeyşünaslıq sahəsində ciddi bir rəqəm olduğunu düşünürəm" ifadələrini işlətdi.
 
Muzeydə Barış Mançoya aid hər növ əşya - geyimlər, üzüklər və kolleksiyalar da nümayiş olunur.
 
Görkəmli sənətkarın oğlu Batıkan Manço isə muzeyə gələnlərin atasının tamaşaçılara məlum olmayan tərəfləri ilə də qarşılaşacağını vurğulayaraq:"  Müzeyin ən üst mərtəbəsində atamın gəncliyində qrafika üsulu ilə çəkdiyi rəsmləri var.  Bura yalnız muzey deyil. Barış Mançonun həyat tərzi bu evin hər divarında, hər mərtəbəsində əks olunur" dedi.



Әlaqәli Xәbәrlәr