“Çocuklar Duymasın” serialının qəhrəmanı Bakıdakı teatra heyran qaldı

“Çocuklar Duymasın” ("Uşaqlar eşitməsin") serialının “Zero Tuna”sı - Volkan Severcan Azərbaycan Dövlət Musiqili Teatrının qonağı olub.

896730
“Çocuklar Duymasın” serialının qəhrəmanı Bakıdakı teatra heyran qaldı

  Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova AzerTac-a bildirib ki, mötəbər qonaq sənət ocağının direktor müavini Hüseyn Hüseynovla görüşüb.

  Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər edilib. Daha sonra H.Hüseynov qonağı teatrın inzibati binası ilə tanış edərək yaranma tarixi, ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonrakı fəaliyyəti, tamaşaçılar və teatrın kollektivi üçün burada yaradılmış şərait barədə ətraflı məlumat verib.

  Türkiyəli aktyor teatrda yaradılmış şəraitin yüksək səviyyədə olduğunu bildirib. O, ümumilikdə, Azərbaycan Dövlət Musiqili Teatrının möhtəşəm binasını, həmçinin müasir dünya standartlarına tam cavab verən səhnəni görəndən sonra heyranlığını gizlətməyib və xoş təəssüratlarını dilə gətirib:

  “Əslində, məndə bu teatra gəlmək istəyini həmkarım, məşhur aktyor Tamer Qaradağlı yaratdı. O, keçən il bu sənət məbədini görəndən sonra mənə də Bakıya səfər edəcəyim zaman yolumu mütləq Musiqili Teatrdan salmağımı tövsiyə etdi. Həqiqətən, Musiqili Teatr bir çox cəhətlərinə görə digər xarici ölkələrdəki teatrlarla müqayisə oluna biləcək səviyyədə geniş yaradıcı və texniki imkanlara malikdir. Mən də neçə illərdir teatr sahəsində çalışan bir insan kimi arzu edirəm ki, bu əsrarəngiz səhnədə həm rejissor, həm də aktyor kimi bacarığımı nümayiş etdirə bilim. Buralar mənə çox əzizdir, özümü sanki doğma vətəndə hiss etdim”.

    Türkiyəli aktyor Volkan Severcan Musiqili Teatrdan xoş təəssüratlarla ayrılıb.

 



Әlaqәli Xәbәrlәr