Çində "2018 Türkiyə turizm ili" başladı

Çində "2018 Türkiyə Turizm ili"nə Pekində təşkil edilən Türk Mətbəxi Həftəsi adı ilə təşkil edilən  tədbirlə start verilib.

896971
Çində "2018 Türkiyə turizm ili" başladı

  Pekində bir oteldə təşkil edilən Türk Mətbəxi Həftəsi tədbirinin açılışına Türkiyənin Pekin səfiri Abdulkadir Əmin Önən, səfirlik nümayəndələri və çox sayda dəvətli qatılıb.

  Səfir Önən tədbirin açılışında etdiyi çıxışında Çin və Türkiyə arasındakı əlaqələrin minlərlə il əvvəlinə uzandığını və İpək Yolunun bu əlaqələrə töhfəsinin olduğunu vurğulayıb.

  Rəcəb Tayyib Ərdoğan və Şi Cinpinqin 2018-ci ili "Çində Türkiyə Turizm ili" elan etdiklərini xatırladan səfir Önən bu çərçivədə Çində Türkiyənin təqdimatı ilə əlaqəli çox sayda tədbir keçiriləcəyini qeyd edib.

  İki ölkə arasındakı əlaqələrin güclənməsinə töhfə verən əsas faktlardan birinin turizm və ölkə xalqları arasındakı əlaqələr olduğuna diqqət çəkən Səfir Önən Türkiyənin Aralıq dənizi, Egey, İç Anadolu, Qara dəniz və digər bölgələrində yerləşən şəhərlərdə çox sayda tarixi və dini adibələrinn olduğunu qeyd edib. Türkiyənin günəş, qum və sahilləri, uyğun qiymət və keyfiyyətli xidməti, zəngin yemək mədəniyyəti ilə daha çox Çinli turistə ev  sahibliyi etdiyini   ifadə  edən Önən bildirib ki, Türkiyə 40 milyona yaxın turistə ev sahibliyi edəcək potensiyala sahibdir. İl ərzində ölkəni ziyarət edənlərə bənzərsiz tarixi, sosial, mədəni sahələr başda olmaqla sahilləri, təbiət möcüzələri ilə möhtəşəm istirahət imkanı təmin edir.

 



Әlaqәli Xәbәrlәr