Türkiyənin məşhur aktyoru Münir Özkul vəfat etdi

İstanbulda 1925-ci ildə anadan olan sənətçi 1940-cı ildə İstanbul Erkək liseyində şagird olduğu illərdə Bakırköy Xalqevində teatrla məşğul olmağa başlayıb.

882428
Türkiyənin məşhur aktyoru Münir Özkul vəfat etdi
Münir Özkul.jpg

İstanbulda 1925-ci ildə anadan olan sənətçi 1940-cı ildə İstanbul Erkək liseyində şagird olduğu illərdə Bakırköy Xalqevində teatrla məşğul olmağa başlayıb.

Səs Teatrında 1948-ci ildə səhnəyə qoyulan “Eşq körpüsü” oyunu ilə professional olan sənətçi 1951-ci ildə John Steinbeckin “Siçanlar və İnsanlar”, John Millington Syngenin “Babaigit”, 1954-cü ildə Gerrge Axelrodun “Yay subayı”, 1955-ci ildə John Patrickin “Çayxana” əsərlərində rol götürüb.

Sənətçi İstanbul Şəhər Teatrları və Ankara Dövlət Teatrı ilə yanaşı xüsusi teatrlarda da işləyib.

Qeyd ədək ki, indiyədək onlarla filmdə rol alan M.Özkul daha çox “Hababam sinfi”ndəki Mahmud Hoca obrazı ilə məşhurdur.

Özkul “Sev qardaşım” filmindəki rolu ilə 1972 “Altın Portakal” film fəstivalında ən yaxşı kişi oyunçu mükafatına, “Bizim ailə” filmində oynadığı “Yaşar usta” rolu ilə də 1977 Azərbaycan Film Festivalında xüsusilə mükafata layiq görülüb.  O, 2006-cı ildə Beynəlxalq İstanbul Teatr Festivalında şərəf mükafatına, 2014-cü ildə “18-ci Afifə Teatr Mükafatlarında Muhsin Ərtoğrul xüsusi mükafatına, 2015-ci ildə Cümhurbaşqanlığı Mədəniyyət və Sənət Böyük Mükafatına layiq görülüb.

Münir Özkula Mədəniyyət Nazirliyi tərəfindən 1998-ci ildə “dövlət sənətçisi” ünvanı təqdim edilib.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türk kinosunun usta aktyorlarından Münir Özkulun vəfatına görə başsağlığı verib.

Baş nazir Binəli Yıldırım və mədəniyyət və turizm naziri Numan Kurtulmuş da Münir Özkula rəhmət, yaxınlarına başsağlığı diləyib.



Әlaqәli Xәbәrlәr