Türk-İslam memarlığının şah əsəri Səlimiyyə məscidi

Türk-İslam memarlığının şah əsəri Səlimiyyə məscidini gəzənlərin sayı keçən illə müqayisədə 20 faiz artıb.

871136
Türk-İslam memarlığının şah əsəri Səlimiyyə məscidi

Türk-İslam memarlığının şah əsəri Səlimiyyə məscidini gəzənlərin sayı keçən illə müqayisədə 20 faiz artıb.

Ədirnə Mədəniyyət və Turizm müdiri Əhməd Hacıoğlu UNESCO-nun siyahısında olan Səlimiyyə məscidini gəzən turist sayının artmaqda davam etdiyini bildirib.

Hacıoğlu Memar Sinanın “ustalıq əsəri” Səlimiyyə məscidini 2016-cı ildə 1,5 milyon insanın gəzdiyini, bu rəqəmin bu il hələ başa çatmadan 2 milyonu ötdüyünü söyləyib.

Səlimiyyənin bir cazibə mərkəzi olduğunu ifadə edən Hacıoğlu deyib ki, hesablamalara görə bu il Səlimiyyə məscidini 2 milyondan artıq turist gəzib.  May ayında apardığımız fəaliyyətlərdə bu əsəri gündə orta hesabla 6 min, həftəlik 40 min, aylıq isə 180 min insanın gəzdiyini gördük. İl bitmədən bu rəqəm 2 milyonu ötdü. Keçən il ilə müqayisədə 20 faiz artım var. Şəhərimizə gələn turist sayında da artım olduğuna görə bu, məscidi gəzənlərin sayına da təsir edir.



Әlaqәli Xәbәrlәr