İbrahim Eren: "Xəbər bitərəf deyil, obyektiv və balanslı olmalıdır"

Türkiyə Radio Televiziya Qurumunun (TRT) baş direktoru İbrahim Eren Beynəlxalq Media Təhsil Proqramı çərçivəsində (UMEP) verilən ziyafətdə çıxış etdi.

867439
İbrahim Eren: "Xəbər bitərəf deyil, obyektiv və balanslı olmalıdır"

Türkiyə Radio Televiziya Qurumu tərəfindən (TRT) Antalyada keçirilən V Beynəlxalq Media Təhsil Proqramı çərçivəsində (UMEP) ziyafət təşkil olundu.
 
 TRT-nin baş direktoru İbrahim Eren 70 ölkədən 162 media nümayəndəsinin qatıldığı ziyafətdə çıxış etdi.

Eren çıxışında UMEP-in məqsədinin Türkiyənin yayım təcrübəsini dünya ilə bölüşmək olduğunu bildirdi.
 
 Televiziya sektorunda Türk seriallarının son 15 ildə  böyük maraq gördüyünə diqqət çəkən Eren 100-dən çox Türk serialının ixrac edildiyini vurğuladı.
 
Baş direktor TRT-də yayımlanan "Diriliş Ərtoğrul" serialının Türkiyənin yayım tarixində ən böyük reytinq göstəricilərindən birini ədə etdiyini qeyd edərək: ""Diriliş Ərtoğrul" 100-dən çox ölkəyə ixrac edilir. Türk serialları niyə bu qədər aktualdır? İlk növbədə,Türkiyə multikultural bir ölkədir.  Türkiyə mədəniyyətində ailə institutu çox əhəmiyyətlidir. Bunlar seriallarımızda əks olunur" dedi.

İbrahim Eren  "xəbər" anlayışının məzmunundan danışaraq:" TRT olaraq bizim "xəbər" anlayışımızın beynəlxalq səviyyədəki məzmuna fərqli bir baxış gətirəcəyinə ümid edirik. "Xəbər obyektiv deyil, bitərəf obyektiv və balanslı olmalıdır" düşüncəsindəyik. Qatil və məzluma eyni məsafədə dura bilmərik.  Xəbərə hissləri qatmamaq mümkün deyil. Hədəfimiz mərkəzində insan olan, bu coğrafiyanın özünəməxsusluğunu nəzərə alan bir  xəbər dilinin yaradılmasıdır"dedi.



Әlaqәli Xәbәrlәr