Beynəlxalq Boğaziçi Film Festivalının mükafatları sahiblərinə çatdırıldı

Bu il 5-cisi təşkil olunan və Türkiyə Radio Televiziya Qurumu TRT-nin də dəstək verdiyi Beynəlxalq Boğaziçi Film Festivalı başa çatıb.

855999
Beynəlxalq Boğaziçi Film Festivalının mükafatları sahiblərinə çatdırıldı

  İstanbulda keçirilən Beynəlxalq Boğaziçi Film Festivalında mükafatlar sahiblərinə verilib.  

 Bu il 5-cisi təşkil olunan və Türkiyə Radio Televiziya Qurumu TRT-nin də dəstək verdiyi Beynəlxalq Boğaziçi Film Festivalı başa çatıb.

  Festivalın bağlanış və mükafat mərasimi Cemal Reşit Rey Konsert Salonunda keçirilib.

  Milli Tammetrajlı Film mükafatı rejissor Andaç Haznedaroğluna çəkdiyi "Misafir" filminə görə verilib.

 Milli Tammetrajlı “Ən yaxşı rejissor” mükafatını "İşə yarayan bir şey" filminə Pelin Esmer alıb.

 Beynəlxalq Tammetrajlı Film mükafatına Parviz Shahbazinin rejissoru olduğu "Malaria" filmi layiq görülüb.

 Ən Yaxşı Beynəlxalq Sənədli Film Mükafatı "Böyük dədə", Ən Yaxşı Milli Sənədli Film Mükafatını isə "Menderes sahilində" filmlərinə verilib.

  Festivalda 39 ölkədən 43 uzun və 64 qısa metrajlı olmaqla 107 film kinosevərlərə təqdim olunub.



Әlaqәli Xәbәrlәr