V Beynəlxalq Boğaziçi Film Festivalı başladı

Beynəlxalq Boğaziçi Kinomatoqrafiya Dərnəyi və İstanbul Media Akademiyası tərəfindən təşkil olunan V Beynəlxalq Boğaziçi Film Festivalı görkəmli kinematoqrafçıların da iştirak etdiyi mərasimlə başladı.

850080

 Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin və Anadolu Xəbər Agentliyinin əməkdaşlığı ilə təşkil olunan festivalın açılış mərasimi  Bəyoğlu Atlas Kinoteatrında baş tutdu.
 Festivalda açılış nitqi ilə çıxış edən Bəyoğlu Bələdiyyəsinin  və İstanbul Boğazı Bələdiyyələr Birliyinin sədri Əhməd Misbah Demircan İstanbul Boğazı Bələdiyyələr Birliyinin festivalın təbii bir parçası olduğunu qeyd etdi.
 Demircan:"Türk kinosu artıq açıq dənizlərə yelkən açıb, dünya səhnəsindəki yerini möhkəmləndirmə yarışına girib. Bu müsabiqədə əldə ediləcək uğurlar, bu torpaqların taleyinə təsir edəcək böyük bir dəyərdir. Bu yolda festivallar çox əhəmiyyətldidir. Hər bir festival bir stansiya, bir dayanacaqdır. Boğaziçi Film Festivalı dayanacaqlardan biridir. Bu mövqeyini qorumalı və inkişaf etdirməlidir".
 V Beynəlxalq Boğaziçi Film Festivalının açılış mərasimində kino dünyasından Aida Begic, Laszlo Rajk, Bobby Roth, Uğur İçbak, Əhməd Sönməz, Reshat Strik, Mehmet Emin Kadıhan, Günəş Əmrə ve Bülənt Öztürk iştirak etdilər.

Әlaqәli Xәbәrlәr