Frenksiz də "Kartlar evi"nin 6-cı mövsümü davam edəcəkmiş

ABŞ-ın məşhur "Kartlar evi" (House of Cards) serialı üzərində işləyən təxminən 10 nəfər Kevin Speysini (Kevin Spacey) cinsi təcavüzdə ittiham edib. Bu barədə məlumatı CNN telekanalı yayıb.

841728
Frenksiz də "Kartlar evi"nin 6-cı mövsümü davam edəcəkmiş

  Telekanal "Kartlar evi"ndə adı açıqlanmayan sabiq prodüser köməkçisinə istinadən bildirib ki, K.Speysi serialın birinci mövsümü zamanı onu təngə gətiribmiş.

  Bundan başqa, telekanal onun cinsi təcavüzə məruz qoyduğu 8 nəfərlə əlaqə saxlayıb və onlar məşhur aktyorun ona yaraşmayan davranışı barədə danışıblar.

  "Kartlar evi" serialının istehsalçıları “Netflix” və “MRC” bu qalmaqaldan sonra bildirmişdilər ki, altıncı mövsümün çəkilişlərini dayandıracaqlar. Amma sonra “Netflix” şirkəti elan etdi ki, "Seksual zorakılıqda ittiham edilən Kevin Speysi olmadan da "Kartlar evi"nin altıncı mövsümü davam edəcək."

  Çox güman ki, serialın baş qəhrəmanı Frenk Andervud ssenaridə öldürüləcək, hadisələr arvadı Kleyr Andervuda, aktrisa Robin Rayta yönələcək.

  Qeyd edək ki, serialın ulduzu haqqında ilk ittiham “Star Trek: Discovery”də oynayan Entoni Reppdən (Anthony Rapp) gəlmişdi ki, 14 yaşında (1986) Kevin onu yoldan çıxartmaq istəyib. K.Speysi isə cavabında: “Belə bir şeyi xatırlamıram, amma əgər olubsa, üzr istəyirəm”, demişdi. Sonra meksikalı aktyor Roberto Kavazos bildirib ki, “Speysi tərəfindən cinsi zorakılıq qurbanı olub və eyni vəziyyətdə olan bir çox insan tanıyır”.

  "Kartlar evi"nin baş qəhrəmanı, ikiqat “Oskar” mükafatçısı Kevin Speysi Hollivudun məşhur ulduzlarının ilk onluğunda yer alırdı.



Әlaqәli Xәbәrlәr