TRT-nin VI Beynəlxalq Uşaq Mediası Konfransı

İki gün davam edəcək konfransı Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kaya və TRT-nin Baş direktoru İbrahim Eren açıblar.

838955
TRT-nin VI Beynəlxalq Uşaq Mediası Konfransı

  Türkiyə Radio Televiziya Qurumunun (TRT) 6-cı dəfə keçirdiyi Türkiyənin uşaq yönlü yeganə media görüşü olan Beynəlxalq Uşaq Media Konfransı İstanbulda başlayıb.

  İki gün davam edəcək konfransı Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kaya və TRT-nin Baş direktoru İbrahim Eren açıblar.

  Fatma Betül Sayan Kaya konfransın açılışında etdiyi çıxışında ekranların uşaqlara təsirinə diqqət çəkib. Konfransın ev sahibi, TRT Baş direktoru İbrahim Eren də onun fikirlərinə qoşularaq TRT-nin bu işdə ən böyük yardımçı olduğundan bəhs edib. 

  "Uşaq mediasında təmsil, plüralizm və inteqrasiya" başlığı ilə keçirilən konfransın dünənki iclasında miqrant, əlil uşaqların mediadan istifadə edəbilmə problemləri müzakirə edilib.

  VI Beynəlxalq Uşaq Media Konfransının bugünkü (02.11.2017) toplantısında “Mediada etnik təmsil” mövzusu danışılacaq. Eyni zamanda, "Türkiyədə suriyalı uşaq olmaq" adı ilə keçirilən qısametrajlı film müsabiqəsinin yekunu açıqlanacaq.

  Çox sayda yerli və xarici mütəxəssislərin iştirak etdiyi VI Beynəlxalq Uşaq Media Konfransı axşam başa çatacaq.



Әlaqәli Xәbәrlәr