Monqolustanda 2 min il əvvələ aid olduğu güman edilən mumiya tapıldı

Monqolustanda 2 min il əvvələ aid olduğu güman edilən Çinə məxsus paltar geyinmiş bir kişinin mumiyası tapılıb.

828486
Monqolustanda 2 min il əvvələ aid olduğu güman edilən mumiya tapıldı

Monqolustanda 2 min il əvvələ aid olduğu güman edilən Çinə məxsus paltar geyinmiş bir kişinin mumiyası tapılıb.

Yonhap agentliyinin xəbərinə görə, Şimali Koreya Mədəniyyət İrsi Milli Araşdırma İnstitutunda vəzifəlilər Amtay dağlarındakı Shiveet Khairhan tapıntılarında bir qəbirdə 165-170 santimetr böyüklüyündə bir kişinin mumiyasını tapdıqlarını açıqladılar.

Araşdırmaçılar qazıntalar zamanı Monqolustan və Rusiyadan köçərilərin eradan əvvəl3-5-ci əsrdə tikildiyi güman edilən iki daş qəbir və təqribən 2 min il əvvəlinə məxsus daha kiçik üç qəbir ortaya çıxardı.

Kiçik qəbirlərdən birində olan mumiyanın Çin tərzi bir paltarla basdırıldığı, paltarın aşağı tərəfinin zaman ərzində yox olduğu bildirilib.   

Mumiyanın üstündəki paltarın Çində “youren” tərzi olaraq adlandırılan bir növ paltar olduğu qeyd edilib.

Mumiyanın İpək yolu ticarət maşrutunda səyahət edən çinli bir tacirə məxsus olub olmadığının aşkarlanması üçün araşdırmalar aparılacaq.



Әlaqәli Xәbәrlәr