UNESCO-nun yeni Baş katibi qətərli deyil, fransalı seçildi

195 üzvlü BMT-nin tarixində ilk dəfə idi ki, bir ərəb baş katib yerinə namizəd göstərilmişdi.

827046
UNESCO-nun yeni Baş katibi qətərli deyil, fransalı seçildi

  Fransanın əvvəlki Mədəniyyət naziri Odri Azulay (Audrey Azoulay) Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhsil, Elm və Mədəniyyət bölümü – Yuneskonun (UNESCO) yeni baş katibi təyin olunub.

  Qətərli Həmid Əbdüləziz Kavarilə ilə qaldığı seçkinin son mərhələsində Odri Azulay 58 səsin 30-unu qazanaraq 2 səs fərqlə seçkini qazanıb.

  195 üzvlü BMT-nin tarixində ilk dəfə idi ki, bir ərəb baş katib yerinə namizəd göstərilmişdi. Amma görünür Qətər böhranına görə bəzi ərəb ölkələri də qətərli ərəb namizədinə deyil, fransalıya səs verib.  

  Qeyd edək ki, Odri Azulay 2016-2017-ci illərdə Fransanın sosialist prezidenti Fransua Olland dövründə 2 ayrı kabinetdə Mədəniyyət naziri vəzifəsini icra edib.  



Әlaqәli Xәbәrlәr