Pikassonun evi 20,2 milyon dollara satıldı

Rəssamın hərraca qoyulan evini Rayo Uitanac (Withanage) adlı Yeni Zelandiyalı iş adamı alıb.

826681
Pikassonun evi 20,2 milyon dollara satıldı

  Pikassonun Fransada Kanna (Cannes) baxan və son illərini keçirdiyi evi 20,2 milyon dollara satılıb.

  Rəssamın hərraca qoyulan evini Rayo Uitanac (Withanage) adlı Yeni Zelandiyalı iş adamı alıb.

  Qeyd edək ki, R.Uitanac iyun ayında hərracda evi satın almağa haqq qazanmış, ancaq lazım olan pulu verə bilmədiyi üçün ev ona təhvil verilməmişdi. Yaxınlarda Qrass (Grasse) şəhərində evin pulunu tam verdikdən Pikassonun evini almağa nail olub.

  Məşhur ispan rəssamı Pikasso 1961-ci ildə bu evi almış, 1973-cü ildə dünyasını dəyişənədək ömrünün son 12 ilini bu evdə keçirmişdi. Bu evə onun yanına bir çox tanınmış adamlar qonaq gəlmişdi. Onu da qeyd edək ki, Pikassonun ikinci həyat yoldaşı Jaklin Roke (Jacqueline Roque) 1986-cı ildə bu evdə intihar etmişdi.

  Üç hektarlıq sahədə yerləşən evdə 15 yataq otağı var.



Әlaqәli Xәbәrlәr