TANAP layihəsi çərçivəsindəki qazıntılarda tapılan Roma dövrünə məxsus məzarlar

Türkiyənin Kütahya vilayətinin Domaniç qəsəbəsində Roma dövrünə məxsus məzarlar gün işığına çıxarıldı.

823207
TANAP layihəsi çərçivəsindəki qazıntılarda tapılan Roma dövrünə məxsus məzarlar

Türkiyənin Kütahya vilayətinin Domaniç qəsəbəsində Roma dövrünə məxsus məzarlar gün işığına çıxarıldı.

Məzarlar Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz-2” layihəsi çərçivəsində təbii qazı Türkiyəyə və oradan da Avropaya daşımağı məqsəd götürən Trans-Anadolu qaz boru kəməri  (TANAP) çərçivəsində Domaniç qəsəbəsində kəməri çəkmək üçün aparılan qazıntı işləri zamanı ortaya çıxdı.

Qazıntılar zamanı skeletlərə və arxeoloji tapıntılara təsadüf edilməsi nəticəsində Kütahya Muzey Müdirliyinə müraciət edildi.

Kanal açma fəaliyyətlərinə fasilə verildikdə, arxeoloqlar tapıntıların gün işığına çıxarılması üçün qazıntı işlərini başlatdılar.

Kütahya Muzey müdiri Mətin Türktüzün şəhərin keçmişdə müxtəlif mədəniyyətlərə ev sahibliyi etiyini xatırladaraq, areoxolji tapıntılara təsadüf etmə ehtimalına görə TANAP çərçivəsində bölgədə işlərin həssas  şəkildə davam etdirildiyini söyləyib.



Әlaqәli Xәbәrlәr