Azərbaycan Paris moda həftəsində təmsil olunur

Nyu-York, London və Milan şəhərlərindən sonra Parisdə 2017-2018-ci illər mövsümünün yaz-yay moda həftəsi başlayıb.

816526
Azərbaycan Paris moda həftəsində təmsil olunur

Azərbaycan moda həftəsində “Salamakhina” brendi ilə təmsil olunub.

Parisin 1-ci rayonunda “Oxford Fashion Studio”nun “Hotel d’Erveux”də təşkil etdiyi defiledə Aleksandra Salamaxinanın hazırladığı geyimlər nümayiş olunub. Geyimlərdə milli elementlərdən istifadə edilib.

Aleksandra Salamaxinanın geyimləri “Sarı gəlin” musiqisinin sədaları altında nümayiş etdirilib.

“Salamakhina” brendi 2012-ci ildə ipək materialdan hazırlanmış yaylıq və şərf kolleksiyası ilə moda aləminə daxil olub.

 

 

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr