Tərəddüd filminə iki mükafat
Yeşim Ustaoğlunun çəkdiyi "Tərəddüd" filmi, Batum Beynəlxalq Arthouse Film Festivalında iki mükafata layiq görülüb.

Gürcüstanda təşkil edilən və ötən gün yəkunlaşan növbəti film festivalının beynəlxalq yarışma hissəsində, "Ən Yaxşı Rejissor Mükafatı" Yeşim Ustaoğluna, "Ən Yaxşı Qadın Oyunçu Mükafatı" isə Əcəm Uzuna verilib.
Qeyd edək ki, İstanbul Film Festivalının Qızıl Lalə Milli Yarışmasında Ən Yaxşı Rejissor, Ən Yaxşı Qadın Oyunçu və Ən Yaxşı Musiqi Mükafatına layiq görülən "Tərəddüd" filmi, Uçan Süpürgə Qadın Filmleri Festivalında FIPRESCI və Gənc Cadı Mükafatına, Bilkent Sinefestdə, Ən Yaxşı Rejissor, Sofiya Film Festivalında münsif xüsusi Mükafatına, Beynəlxalq Kerala Film Festivalında Ən Yaxşı Rejissor, Ən Yaxşı Qadın Oyunçu mükafatlarına, Beynəlxalq Hayfa Film Festivalında isə Jüri xüsusi Mükafatına sahib olmuşdu. Beynəlxalq Antalya Film Festivalının Beynəlxalq Yarışmasında isə, Ən Yaxşı Film," Ən Yaxşı Rejissor , Ən Yaxşı Qadın Oyunçu, Milli Müsabiqə hissəsində isə Film-Yön Dərnəyi Ən Yaxşı Rejissor və Ən Yaxşı Aktrisa mükafatlanı qazanmışdı.
Әlaqәli Xәbәrlәr

Avropa Muzeylər Günündə bu il Türkiyənin Çanaqqala Troya Muzeyi də təmsil olunacaq
Troya Muzeyinin direktoru Rıdvan Gölcük sözügedən mövzu ilə bağlı deyib...