“Emmi” mükafatının qalibləri məlum oldu

“Emmi” mükafatının təqdimat mərasimi Los-Ancelesdə "Microsoft Theater"də baş tutdu.

809227
“Emmi” mükafatının qalibləri məlum oldu

“Emmi” mükafatının təqdimat mərasimi Los-Ancelesdə "Microsoft Theater"də baş tutdu.

"Ən yaxşı dramatik serial" nominasiyası üzrə əsas mükafatı "Qulluqçunun hekayəsi" serialı aldı. Həmin serialda baş rolu ifa edən Elizabet Moss “Dram janrında ən yaxşı aktrisa” nominasiyasında qalib gəldi. Ümumilikdə serial beş nominasiya üzrə mükafata layiq görüldü.

“Ən yaxşı komediya” nominasiyasında “Vitse-prezident" serialı seçildi. Filmdə rol almış Culiya Luis-Dreyvus “Ən yaxşı aktrisa” nominasiyasında altıncı dəfə ardıcıl mükafat aldı.

“Dram janrında ən yaxşı aktyor” nominasiyasında “Bu bizik” serialında rol alan Sterlinq Braun, “Komediya serialı üzrə ən yaxşı aktyor” nominasiyasında isə “Atlanda” serialında rol alan Donald Qlover mükafatlandırıldı.

“İlin ən yaxşı mini serialı” nominasiyasında isə “Böyük bir yalan” serialı fərqləndi. Həmin serialda çıxış edən Nikol Kidman “Mini serialda ən yaxşı aktrisa” mükafatına layiq görüldü.

“Komediya serialında ən yaxşı ikinci plan aktyoru” nominasiyasında “Saturday Night Live” şousunda ABŞ Prezidenti Donald Trampı parodiya etdiyinə görə aktyor Alek Bolduin layiq görülmüşdür.



Әlaqәli Xәbәrlәr