Azərbaycanın ən məşhur aşığı dünyadan köçdü

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad sənətkar, Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü Ədalət Nəsibov 78 yaşında dünyasını dəyişdi.

807752
Azərbaycanın ən məşhur aşığı dünyadan köçdü

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad sənətkar, Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü Ədalət Nəsibov 78 yaşında dünyasını dəyişdi.

Bu barədə Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı məlumat verdi.

Onun sözlərinə görə, vida mərasimi və aşığın dəfn olunacağı yer hələlik dəqiqləşdirilməyib.

Ustad sənətkar uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Aşıq Ədalət 1939-cu il yanvar 27-də Qazax rayonunda anadan olub. O, saz ifaçılığını atasından öyrənib. Gənc yaşlarından fitri istedadı üzə çıxıb və o, el məclislərinə dəvət alıb.

Aşıq Ədalət "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısı kimi tanınır.



Әlaqәli Xәbәrlәr