Zəlzələ muzeyi İzmitdə qapılarını açmağa hazırlaşır

Tikinti işləri davam etdirilən 15 avqust zəlzələ və digital şou mərkəzi sentiyabrda qapılarını açmağa hazırlaşır.

791653
Zəlzələ muzeyi İzmitdə qapılarını açmağa hazırlaşır
deprem3.jpg
785292.jpg

Kocaeli vilayətinin  İzmit qəsəbəsində tikinti işləri davam etdirilən 15 avqust zəlzələ və digital şou mərkəzi sentiyabrda qapılarını açmağa hazırlaşır.

Mərkəzdə yeni nəslin zəlzələ haqqında məlumat əldə edərək böyüməsi üçün dərslər keçiləcək, 17 avqusta məxsus sənədlərlə elmi fəaliyyətlər aparıla biləcək.  

Min 740 kvadratmetrlik sahədə tikilən və 15 milyon lirəyə başa gələn mərkəzdə əsrin fəlakəti olaraq qəbul edilən 1999 Mərmərə zəlzələsində yaşanan acılar nümayiş etdiriləcək.

İzmit bələdiyyəsinin sədri Nəvzat Doğan zəlzələ muzeyinin tikintisinə bu ilin əvvəlində başlandığını bildirərək, layihəni hazırlama prosesinin isə bir ilə yaxın davam etdiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr