Assosda tapılan min 800 illik bürünc qələm

Çanaqqala vilayətinin Ayvacık qəsəbəsinin Behramkale kəndi ərazilərində yerləşən Assos tarixi qədim şəhərdə təxminən min 800 illik bürünc qələm tapıldı.

783794
Assosda tapılan min 800 illik bürünc qələm

Çanaqqala vilayətinin Ayvacık qəsəbəsinin Behramkale kəndi ərazilərində yerləşən Assos tarixi qədim şəhərdə təxminən min 800 illik bürünc qələm tapıldı.

Qədim dövrün ən əhəmiyyətli liman şəhərlərindən olan Assos Roma dövrü tarixi teatrı və digər bir sıra tarixi əhəmiyyətli mədəni irs və zənginlikləri özündə əks etdirir.

Çanaqqala On səkkiz Mart Universiteti (ÇOMÜ) Fən-Ədəbiyyat Fakültəsi Arxeologiya şöbəsi və Assos Qədim Şəhər Qazıntı nümayəndə heyətinin rəhbəri Prof. Dr. Nurettin Arslan 2017 dövrü qazıntılarına şəhərin qərb qapısı ətrafındakı sahələr ilə xan olaraq adlandırılan tikintidəki qazıntılarla davam edildiyini ifadə bildirib.

 Arslan indiyədək aparılan qazıntılarda əhəmiyyətli tapıntıları gün işığına çıxardıqlarını vurğulayaraq, "Bu ilki qazıntılarda, arxeoloji 'stylus' olaraq adlandırılan min 800 illik bürünc bir qələm tapdıq. Tapdığımız qələmin bir tərəfi iti digər tərəfi bir az daha yastıdır. Bunlar o dövrdəki arı mumu lövhələrin üzərinə yazılıb qeydlər alınmaq və hesablamalar üçün istifadə edilən materiallardır. Bunlara “stylus” deyirik. Qələmin arxa hissəsindəki yastı bölmədən silmək üçün istifadə edilir. Yəni indiki vaxtda istifadə edilən silgi əvəzinədir. " deyə qeyd edib.

 Arslan qələmi o dövr bölgədə yaşayan oxumaq və yazmaqla məşğul olan dairələr və şagirdlərin istifadə etdiyini də dilə gətirib.



Әlaqәli Xәbәrlәr