Qüds 2018-ci il üçün “İslam dünyası gənclik paytaxtı” elan edildi

İslam Konfransı Dialoq və Əməkdaşlıq Gənclik Forumunun sədri səfir Elşad İskəndərov bununla bağlı açıqlama verdi.

783161
Qüds 2018-ci il üçün “İslam dünyası gənclik paytaxtı” elan edildi

 İslam Konfransı Dialoq və Əməkdaşlıq Gənclik Forumunun sədri səfir Elşad İskəndərov verdiyi açıqlamada bu proqramda əsas hədəflərinin İslam aləminin dörd bir tərəfindən gənclərin Qüdsə axın etməsi, Qüdskdəki müqəddəs dəyərlərin yalnız buraxılmaması, Qüdsün İslami xarakterinin dəstəklənməsinin fəal olaraq həyata keçirilməsi olduğunu vurğulayıb.

Buna dair protokol Fələstinin gənclik və idman naziri Jibril Rajoub və Konfransı Dialoq və Əməkdaşlıq Gənclik Forumunun sədri səfir Elşad İskəndərov arasında Yeşilköy Dünya Ticarət Mərkəzi İslam Konfransı Dialoq və Əməkdaşlıq Forumu Mərkəzi ofisində imzalanıb.

İskəndərov imza mərasimində İslam aləminin ilk gənclik paytaxtının 2016-cı ildə İstanbul seçildiyini vurğulayaraq, Malayziyanın Putrajava, Mərakeşin Fes və İranın şiraz şəhərlərinin də bu il proqramın həyata keçerilməsinə ev sahibliyi etdiyini bildirib. Səfir 2018 ili dəyərləndirmələri nəticəsində Qüdsün “İslam dünyası gənclik paytaxtı” elan edilməsinə qərar verildiyini qeyd edib.

Proqramın bir il davam edəcəyini bildirən İskəndərov bildirib ki, tədbirlərlə Fələstin gəncliyi üçün daimi bir təsir yaratmaq hədəf götürülüb. Həmçinin İslam dünyasında Qüds məsələsinə dair həmrəyliyin gücləndirilməsi qarşıya məqsəd qoyulub.  Dünya ictimaiyyətində Qüdsün üç səmavi dinin mərkəzi olduğunun xatırlatılmaq istəndiyi də vurğulanıb.

Fələstinin gənclik və idman naziri Rajoub da tədbir çərçivəsində Qüdsün Qüdsün gənclik paytaxtı səçilməsindən duyduqları məmnuniyyəti dilə gətirib.



Әlaqәli Xәbәrlәr