"Ərtoğrul 1890" filmi TRT 1 kanalında

Türkiyə və Yaponiya arasındakı dostluğun möhkəmlənməsində böyük rol oynayan iki tarixi hadisəni əks etdirən, Yaponiya və Türkiyənin ortaq istehsalı olan "Ərtoğrul 1890" iyul ayının 6-ı Türkiyə saatıyla 20.00-da ekranlara çıxacaq.

765320
"Ərtoğrul 1890" filmi TRT 1 kanalında

  “Ərtoğrul” gəmisi faciəsinin 125-ci ili münasibətilə çəkilən "Ərtoğrul 1890" filmi TRT 1 kanalında tamaşaçılara təqdim olunacaq.

  Türkiyə və Yaponiya arasındakı dostluğun möhkəmlənməsində böyük rol oynayan iki tarixi hadisəni əks etdirən, Yaponiya və Türkiyənin ortaq istehsalı olan "Ərtoğrul 1890" iyul ayının 6-ı Türkiyə saatıyla da ekrana çıxacaq.

  Mitsutoşi Tanakanın rejissorluğu ilə çəkilən filmdə Seiyou Uchino, Kenan Ece, Shioli Kutsuna, Alican Yücesoy, Yui Natsukawa, Uğur Polat, Yukiyoshi Ozawa, Mehmet Özgür, Deniz Oral və Tamer Levent oynayır.

  Qeyd edək ki, filmin mövzusu 1887-ci ildə Yaponiya heyətinin İstanbula səfərindən sonra Osmanlı dövlətinin “Ərtoğrul” gəmisinin Yaponiyaya getməsi və geri dönərkən 681 adamla batması hadisəsidir. Gəmidən cəmi 69 nəfər sağ qala bilib. Özünü sahilə yetirə bilən yaralıları yapon kəndliləri məhəbbətlə qarşılayıb və qonaq edib.

  Filmin ssenarisini Eriko Komatsu qələmə alıb.



Әlaqәli Xәbәrlәr