Tbilisidə M.F.Axundzadənin anadan olmasının 205 illiyinə həsr edilən poeziya gecəsi keçirilib

İyunun 21-də Tbilisidə M.F.Axundzadənin anadan olmasının 205 illiyinə həsr edilən poeziya gecəsi keçirilib.

757458
Tbilisidə M.F.Axundzadənin anadan olmasının 205 illiyinə həsr edilən poeziya gecəsi keçirilib

İyunun 21-də Tbilisidə M.F.Axundzadənin anadan olmasının 205 illiyinə həsr edilən poeziya gecəsi keçirilib.

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin və “Şəxsi İnkişaf Universiteti” QHT-nin birgə təşkil etdiyi tədbirdə Gürcüstanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr, elm, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirin keçirildiyi salonda Azərbaycanın mədəniyyət və incəsənət nümunələri, musiqi alətləri, qədim xalça, kilim və digər əl işləri nümayiş etdirilib.

Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbət, muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva, “Qarapapaqlar” jurnalının redaktoru Akif Xansultanlı çıxış edərək M.F.Axundzadənin və digər ədiblərimizin Azərbaycan mədəniyyətinin, incəsənətinin dramaturgiyasının inkişafındakı xidmətlərindən danışıb, xalqımızın mədəni irsinin təbliğində, tələbələrin mədəniyyətə, ədəbiyyata marağının artmasında bu cür tədbirlərin əhəmiyyətini qeyd ediblər.

Sonra tələbələr ədəbiyyat sahəsində biliklərini sınayıb, şeirlər, M.F.Axundzadənin əsərlərindən ibarət parçalar ifa ediblər.

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr