18 Mayda Fransada start verilən Cannes Film Festivalı davam edir

Bu il 70-si təşkil edilən Cannes Film Festivalı çərçivəsində Cannes Festivallar Sarayında mükafat mərasimi təşkil edilib.

741077
18 Mayda Fransada start verilən Cannes Film Festivalı davam edir

Mərasimdə, Türk mənşəli Alman rejissor Fateh Akının "Solğun" adlı filminin baş aktrisası Diane Kruger ən yaxşı aktrisa seçilib. Film Almaniyanın Hamburg şəhərində yaşayan, bombalı hücumda hǝyat yoldaşını və uşağını itirən bir qadının hekayəsini təsvir edir.

Festivalın Qızıl Palma mükafatına isə, İsveçli rejissor Ruben Östlundun "The Square" adlı filmi layiq görülüb.

Yunan rejissor Yorgos Lanthimosun "Mise à Mort du Cerf Sacre" adlı filminə isə ən yaxşı ssenari mükafatı təqdim edilib.

Rus rejissor Andrey Zviaguintsevin "Nelyubov" filmi Münsif Xüsusi Mükafatına layiq görülərkən, böyük mükafata Fransız rejissor Robin Campillonun "120 battements par minute" adlı filmi təqdim edilib

 



Әlaqәli Xәbәrlәr