Səlimiyə məscidi Ramazana hazırdır

Dünya memarlıq tarixinin şah əsərlərindən Səlimiyə məscidinin minarələri işıqlarla bəzəndi.

739909
Səlimiyə məscidi Ramazana hazırdır

Dünya memarlıq tarixinin şah əsərlərindən Səlimiyə məscidinin minarələri işıqlarla bəzəndi.

Memar Sinanın usta dövründə tikdiyi əsəri, dünya məmarlıq tarixinin şah əsərlərindən Səlimiyə mascidi Ramazan üçün hazırlandı.

Minarələri işıqlarla bəzənən məscidin səs və işıq sistemi yeniləndi, xalçaları təmizləndi, fəvvarə ətrafında və bağçasında təmir işləri yekunlaşdırıldı.

Ramazan münasibəti ilə daha çox insanın məscidə gələcəyini qeyd edən müəzzinlər də son hazırlıqlarını gördülər.

Ədirnə müftisi Əmrullah Üzüm bəyanat verərək deyib ki, ramazan həyəcanı başladı.

Şəhərlər və məscidlərin də ramazan ayına hazırlaşdığını bildirən Əmrullah Üzüm bildirib ki, evlərdə ailələr, uşaqlar ramazan ayının gəlməsini xüsusilə təqib edir. Keçmişdəki ramazanlardan danışıram. Uşaqlar ramazanı böyük bir zövq və həyəcanla gözləyirlər. Ramazan ayı insanlar üçün böyük bir xoşbəxtlikdir.

Ramazan ayında məscidlərin xüsusi şəkildə bəzəndiyini, təməzləndiyini, nizama salındığını söyləyən Üzüm onu da deyib ki, məscidlərin bəzəyi insanlardır. Ramazının bəzəyi isə bir qədər təravih namazıdır. Həyatımız ramazan ayında gecəsi və gündüzü ilə ibadətə çevrilir.



Әlaqәli Xәbәrlәr