İyirminci Uçan Süpürgə

20-ci Uçan Süpürgə Beynəlxalq Qadın Filmleri Festivalında Fəxri Mükafata kinoaktirsa Perran Kutman layiq görüldü.

737979
İyirminci Uçan Süpürgə

   Birlikdə Festival Edirik çərçivəsində keçirilən festivalın bağlanış və mükafatlandırma mərasimi Ankara Dövlət Opera və Balet Teatrında oldu. 

  20-ci Uçan Süpürgə Beynəlxalq Qadın Filmləri Festivalında bu ilki Fəxri Mükafata layiq görülən kinoaktrisa Perran Kutman mükafatı bu festivalın təşkilatçıları Halime Güner və Damla Akkaşıkdan aldı.

  Bilge Olgaç Uğur Mükafatı sənədli film rejissoru Emel Çələbi, Uçan Süpürgə Ssenari Mükafatı yazıçı Aslı Ərdoğan, Uçan Süpürgə Gənc Cadugər Mükafatı isə gənc aktrisa Ecem Uzuna verildi.

  Beynəlxalq Film Yazıçıları Təşkilatı (FIPRESCI) Münsiflər Heyəti Portuqaliya, Xorvatiya, Makedoniya, İspaniya, Slovakiya, Braziliya, Fransa və Türkiyə olmaqla 8 ölkənin filmləri arasından rejissor Yeşim Ustaoğlunun "Tərəddüd" filmini mükafata layiq gördü.



Әlaqәli Xәbәrlәr