İranın Şərqi Azərbaycan vilayətində elat tayfalarının festivalı

İranın Şərqi Azərbaycan vilayətində elat tayfalarının festivalı keçirilib.

732515
İranın Şərqi Azərbaycan vilayətində elat tayfalarının festivalı

İran İslam Respublikasında yaşayan milli azlıqların və etnik qrupların milli dəyərlərini qoruyub saxlamaları diqqət mərkəzindədir.

Ötən həftə İranın Şərqi Azərbaycan vilayətində yerli elat tayfalarının 24-cü festivalı keçirilib. Marağada təşkil edilən festival mayın 14-də yekunlaşıb. Festival çərçivəsində qadınların at sürmə yarışı da təşkil olunub. Bu yarışlarda İran azərbaycanlısı mağaralı Məhluqə Xani rəqiblərini arxada qoyaraq qalib olub.

İranın Şərqi Azərbaycan At Sürmə Federasiyasının rəhbəri Məhəmməd Cavidi bildirib ki, yarışda şücaət göstərərək qalib gələn Məhluqə Xani türkmən atı ilə mükafatlandırılıb.

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr