Türkiyəni tərifləyib, öz ölkəsini tənqid etdi

TRT Beynəlxalq Sənədli Film Mükafatları tədbirinin açılışında fransalı prodüser Valerie Osoufun suriyalı qaçqınlara münasibət baxımından Türkiyəni tərifləyib, öz ölkəsi Fransanı tənqid etməsi hər kəsin diqqətini özünə çəkdi.

731398
Türkiyəni tərifləyib, öz ölkəsini tənqid etdi

  İstanbulda TRT Beynəlxalq Sənədli Film Mükafatları tədbirinin açılışı oldu. Gecədə sənət və kino dünyasından çox sayda qonaq iştirak edirdi. Tədbirin açılışı "Fransız ola bilməyəcək qədər qara" sənədli filminin nümayişi ilə başladı. Bundan sonra filmin prodüseri Valeri Osoufun etdiyi çıxış diqqət cəlb etdi. O, suriyalı qaçqınları himayə edən Türkiyəni tərifləyib, öz ölkəsini isə tənqid edərək dedi: "Fransa sərhədini döyən 70 min insana qapısını açmadığı halda Türkiyə 4 milyon qaçqına qucaq açan ölkədir. Fransanın 24 min qaçqını qəbul etməsi Türkiyənin yanında heç nədir… Avropa İttifaqının Türkiyəyə tətbiq etdiyi təzyiq inanılmazdır. Mənim ölkəm - Fransa kimi dövlətlər insana dəyər verən kimi görünsələr də, humanist hərəkət etmirlər."



Әlaqәli Xәbәrlәr