UNESKO Dünya İrsi müvəqqəti siyahısına Türkiyənin üç mədəni irsi də əlavə olundu

Çanaqqaladakı Assos Arxeoloji Sahə, Balıkesirdəki  Ayvalık Sənaye Mədəni Landşaftı və Konyadakı İvriz Mədəni Landşaftı ilə birlikdə Türkiyədən Dünya İrsi Müvəqqəti siyahısına  girən mədəni irslərin sayı 72-yə yüksəldi.

727098

 Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı Çanaqqala, Balıkesir və Konyada yerləşən mədəni irslərə dair  məlumatın təxminən bir illik hazırlıq prosesindən sonra keçən ay UNESKO-nun Ümumdünya İrs Mərkəzinə verildiyni bildirdi.
 
 Mərkəzin dəyərləndirməsi nəticəsində üç mədəniyyət obyekti UNESKO-nun Dünya İrsi Müvəqqəti siyahısına salındı.
 
 Müvəqqəti siyahıda olan mədəni irs obyektləri Dünya İrsi daimi siyahısına namizəd ola bilirlər.
 
 Nabi Avcı Türkiyənin UNESKO-nun Dünya İrsi siyahısındakı 16 mədəni irsi ilə dünyada ən çox irsi obyekti  qeydə alınan 17-ci ölkə olduğunu vurğuladı.

 İyul ayında Afrodisias Antik Şəhəri və Şanlıurfa Göbəklitəpənin də daimi siyahıya girməsi üçün danışıqlara başlanılacaq.

Әlaqәli Xәbәrlәr