“Media demokratiyanın imtina edilməz vasitəsidir”: B.Yıldırım

Radio Televiziya Jurnalistləri Dərnəyinin ənənəvi media Oscarları mükafat mərasimi Ankarada təşkil edilib.

720506
“Media demokratiyanın imtina edilməz vasitəsidir”: B.Yıldırım

Baş nazir Binali Yıldırım mükafat mərasimində etdiyi çıxışında medianın demokratiyanın imtina edilməz vasitəsi olduğunu vurğulayıb.

Baş nazir müavini Numan Kurtulmuş da medianın cəmiyyət üzərindəki əhəmiyyətinə diqqət çəkərək: “Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (fəto / PDY)-nin 15 iyul çevriliş cəhdinin xalq tərəfindən qarşısının alınmasında medianın sərgilədiyi rolün təqdirə şayan olduğunu, Türk mediası ilə qürur duyduğunu bildirib.

Mükafat mərasimində Türkiyə Radio Televiziya Şirkətinın (TRT) reytinq rekordları qıran "Diriliş, Ərtoğrul" serialının baş aktyoru Engin Altan Düzyatana ən yaxşı aktyor mükafatı təqdim edilərkən, TRT World Radio Televiziya Jurnalistləri xüsusi mükafatına, TRT Ankara Radiosu isə Ən yaxşı radio mükafatına layiq görülüb.



Әlaqәli Xәbәrlәr