‘70-ci Kann  film  festivalına’  May ayında start veriləcək

İspan rejissor Pedro Almadovarın başçılığı ilə təşkil ediləcək sayca 70-ci Kann Film Festivalının münsif heyətinin üzvləri müəyyən oldu.

720671
‘70-ci Kann  film  festivalına’  May ayında start veriləcək

Kann Film Festivalı Komitəsinin məlumatına görə, 67 yaşlı İspan rejissora kömək edəcək 8 nəfərlik münsif  heyətində iştirak edəcək üzvlər, Alman rejissor, prodüser və ssenarist Maren Adə, Amerikalı aktrisa və prodüser Jessica Chastain, Çinli aktrisa və prodüser Fan Bingbing, Fransız aktrisa, ssenarist, rejissor və müğənni Agnes Jaoui, Cənubi Koreyalı rejissor, ssenarist və prodüser Park Chan-wook, Amerikalı aktyor, prodüser və musiqiçi Will Smith, İtalyalı rejissor və ssenarist Paolo Sorrentino ilə Fransız bəstəkar Gabriel Yareddən ibarətdir.

70-ci Kann Film Festivalında əsas nominasiyada Qızıl Palma və digər mükafatlar üçün yarışacaq rejissorlar arasında Türk mənşəli Alman rejissor Fatih Akın da olacaq. Akın, 17-28 mayda keçiriləcək festivala "Solğun" adlı kinofilmiylə qatılacaq.

 

 



Әlaqәli Xәbәrlәr