Mağaranın bir hissəsi uşaqlar üçün oyun və oyuncaq muzeyinə çevrilib

Bu mağara muzeydə Azərbaycandan göndərilən maket də nümayişdədir.

718893
Mağaranın bir hissəsi uşaqlar üçün oyun və oyuncaq muzeyinə çevrilib
Oyun ve oyuncak muzesi-1.jpg
Oyun ve oyuncak muzesi-2.jpg
Oyun ve oyuncak muzesi-3.jpg
Oyun ve oyuncak muzesi-4.jpg

Türkiyənin Qaziantep şəhərində 4 il əvvəl açılan Oyun və Oyuncaq Muzeyindəki mağara ziyərətçilərinə 24 fərqli ölkənin regional libasları və memarlıq xüsusiyyətlərinə sahib makətlərlə dünyadaki müxtəlif mədəniyyətləri tanıdır.

Muzey Qaziantep Bələdiyyəsi tərəfindən 4 il əvvəl açıldı və o gündən bəridir turistlərin marağını cəlb edir. İndi muzey kimi xidmət göstərən muzeydən keçmişdə soyuq hava anbarı kimi istifadə edilirdi. Hal-hazırda mağaranın bir hissəsi uşaqlar üçün oyun və oyuncaq muzeyinə çevirilib.

Mağarada Türkiyə, ABŞ, İngiltərə, Almaniya, Fransa, Misir başda olmaqla 24 fərqli ölkənin regional libasları və memarlıq xüsusiyyətlərini daşıyan makətlərin nümayiş etdirildiyi müzəyi hər ay 10 minə yaxın insan ziyarət edir. Muzeyi ziyarət edən turistlər öz ölkələrinə məxsus bir əsərin makətini yaxud da libaslarını görüncə daha da maraqlanırlar. Marağanın özü də çox gözəldir. Sadəcə mağaranı görmək üçün belə bölgəyə gələn turistlər var. Oyuncaq muzeyini görüb ölkəsinə qayıdandan sonra buraya makət göndərən ölkələr də. Bu ölkələrdən biri də Azərbaycandır.

Qeyd edək ki, mağaralı oyuncaq müzeyi sadəcə Qaziantepdə var.


Etiketlәr: #oyuncaq , #muzey , #maket

Әlaqәli Xәbәrlәr