39-cu TRT Beynəlxalq 23 Aprel Şənlikləri

Nevşehirdəki xarici uşaqların da iştirak etdiyi 39-cu TRT Beynəlxalq 23 Aprel Şənlikləri maraqla izlənildi.

718720
39-cu TRT Beynəlxalq 23 Aprel Şənlikləri

   Damat İbrahim Paşa İdman Salonunda təşkil edilən proqram ayaq üstündə İstiqlal Marşının oxunmasıyla başladı.

  Məktəblilər tərəfindən şeirlər söylənildi, xalq rəqsləri oynanıldı, müxtəlif yarışlar keçirildi.

  Jandarma At və İt Əhliləşdirmə Mərkəzindəki itlərin oyunları da uşaqları sevindirdi.

  Daha sonra rəngli paltarlarla səhnəyə çıxan xarici qonaq uşaqlar öz milli rəqslərini təqdim etdilər.

  Mərasimdə Nevşehir valisi İlhami Aktaş, Bələdiyyə sədri Həsən Ünver, yerli vətəndaşlar və tələbələr də iştirak edirdi.



Әlaqәli Xәbәrlәr